Ozan Can 90 dəqiqə oynayıb, komandası darmadağın edilib
Futbol üzrə Niderland 1-ci Divizionunda 32-ci turun oyunları başa çatıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün çıxış etdiyi "Eyndhoven" evdə "Kambuur"u qəbul edib - 0:3.
Ozan Can matça start heyətdə başlayıb və final fitinə qədər mübarizə aparıb. O, birinci hissənin sonuna əlavə edilən 4-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
32 turdan sonra 38 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 14-cü pilləsində yer alıb.