Superliqa klubu avrokuboklara çıxan məşqçi ilə pula görə yollarını ayırdı
Türkiyə Superliqasında "Adana Dəmirspor"a UEFA Konfrans Liqasına vəsiqə qazandıran Vinçenso Montella ilə yollar ayrılıb.
mediasport.az xəbər verir ki, klubun prezidenti Murad Sançaq italyan mütəxəssislə maliyyə şərtlərində anlaşa bilmədiklərini deyib.
48 yaşlı məşqçi Adana təmsilçisinə 2021-ci ilin sentyabrından başçılqı edirdi. Klub onun rəhbərliyi altında geridə qalan mövsümü 69 xalla 4-cü pillədə başa vurub.