Andradeli Kabo Verde Mozambikə qarşı - Afrika Millətlər Kuboku

Andradeli Kabo Verde Mozambikə qarşı - Afrika Millətlər Kuboku

Afrika Millətlər Kuboku turnirinin final mərhələsinin oyunları davam edir.

Mediasport.az xəbər verir ki,  Ekvatorial Qvineya Qvineya-Bisaunu (4:2), Nigeriya Fil Dişi Sahilini (1:0) məğlub edib.

Misir - Qana görüşündə məhsuldar heç-heçə (2:2) qeydə alınıb. Yarışın favoritlərindən sayılan Misir yığması ardıcıl 2-ci oyunda xal itirib.

Ekvatorial Qvineya və Nigeriya A qrupunun turnir cədvəlində 4 xalla 1-2-ci pillələri bölüşdürürlər. Fil Dişi Sahili 3 xalla üçüncü, Qvineya-Bisau 0 xalla sonuncudur.

Misir B qrupunun turnir cədvəlində 2 xalla ikinci, Qana 1 xalla sonuncudur.

Bu gün "Qarabağ"ın futbolçusu Patrik Andradenin də çıxış etdiyi Kabo Verde millisi bu gün Mozambiklə qarşılaşacaq.

Ümumilikdə isə B qrupundan 1, C qrupundan 2 qarşılaşma keçiriləcək.

Afrika Millətlər Kuboku

B qrupu

18:00 Kapo Verde - Mozambik

Xal durumu: Kapo Verde - 3, Misir - 2, Mozambik - 1, Qana - 1

C qrupu

21:00 Seneqal - Kamerun

00:00 Qvineya - Qambiya

Xal durumu: Seneqal - 3, Kamerun - 1, Qvineya - 1, Qambiya - 0