"Zirə" kubokda tarixə düşəcək 10-cu komanda ola biləcək?
Azərbaycan Kubokunun finalında "Qarabağ" ilə qarşılşacaq "Zirə" tarixinin ilk kubokunu qazanmaq şansına malikdir.
Mediasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bunu bacaracağı təqdirdə Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yarışın qalibi adını qazanacaq 10-cu komanda kimi tarixə düşəcək.
“Qarabağ” isə yarışın 7 qat qalibidir. Ağdam klubu Azərbaycan Kubokunu başı üzərinə qaldırmaqda mütləq rekordçudur. Bölgə təmsilçisi rekordunu yeniləməklə digərləri ilə fərqi artırmağa çalışacaq.
Qeyd edək ki, 1992-ci ildən keçirilən yarışda 9 klub - “Qarabağ” (7), “Neftçi” (6), “Kəpəz” (4), “Xəzər Lənkəran”, “Bakı” (hər ikisi 3), “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ" (hər ikisi 2), “İnşaatçı”, “Şəfa” (hər iksi 1) qalib adına sahib çıxıb