Azərbaycanın FİFA referisi seçmə mərhələdə baş hakim olacaq
Azərbaycanın FİFA referisi Rauf Cabarov növbəti dəfə təyinat alıb.
Mediasport.az xəbər verir ki, 38 yaşlı ədalət təmsilçisi Şimali Makedoniya və Gürcüstanın U-21 milliləri arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.
Ona Namik Hüseynov və Müslim Əliyev kömək göstərəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 16-da Skopyedə reallaşacaq Şimali Makedoniya - Gürcüstan qarşılaşması Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.