"Zirə" futbolçuları "Osiyek"dən əvvəl media qarşısına çıxacaqlar

"Zirə" futbolçuları "Osiyek"dən əvvəl media qarşısına çıxacaqlar

UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Osiyek” (Xorvatiya) cavab oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Mediasport.az xəbər verir ki, Zirə İdman Kompleksində meydan sahiblərinin açıq məşqi avqust 14-ü, saat 19:00-da olacaq.

17:45-də, "Dalğa Arena" stadionunda isə baş məşqçi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandıracaq.

Xorvatiya klubun açıq məşqi 19:30-da "Dalğa Arena"da planlaşdırılıb. Qonaqların baş məşqçisi Federiko Kopitellinin mətbuat konfransı saat 19:00-da “Dalğa Arena”da keçiriləcək.

Mətbuat nümayəndələri hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsini izləyə bilərlər.

Xatırladaq ki, ötən həftə Xorvatiyada baş tutmuş qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Cavab oyunu avqustun 15-i, saat 20:30-da "Dalığa Arena"da reallaşacaq.