"Zirə" qələbə ilə başladı

"Zirə" qələbə ilə başladı

Antalyada təlim-məşq toplanışını davam etdirən "Zirə" ilk yoxlama görüşünü keçirib.

mediasport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Rumıniyanın "Kindiya" kollektivi ilə qarşılaşıb.

İlk hissəsi 2:2 hesabı ilə başa çatan oyunun fasiləsindən sonra 1 qol vuran bakılılar hazırlıq mərhələsinə qələbə ilə start veriblər.


Yoldaşlıq Oyunu

"Zirə" - "Kindiya" (Rumıniya) 3:2

Qollar: Coşqun Diniyev 15-pen., Toni Qomeş 18, Hamidu Keyta, 75 - Kristian Nequt 13, 37.

"Zirə"(start heyət): Anar Nəzirov, Samir Ağayev, Ruslan Abışov, Cavad Qurbanlı, Ramin Əhmədov, Loris Bronyo, Toni Qomeş, Coşqun Diniyev, Andriya Lukoviç, İlkin Muradov, Mirsayib Abbasov.

Türkiyə, Antalya.

"Zirə" yanvarın 17-də "Şeged" və "Radniçki" ilə 2 matçda qüvvəsini sınayacaq.