"Cəbrayıl" Ağdaş səfərində, "Kür-Araz" "Şəfa"ya qarşı - 2-ci Liqa

"Cəbrayıl" Ağdaş səfərində, "Kür-Araz" "Şəfa"ya qarşı - 2-ci Liqa

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 21-ci turun görüşləri keçirilir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 matç baş tutacaq.

Dünən 4 duellə start götürən tura aprelin 18-də "Dinamo" - "Qusar" qarşılaşması ilə yekun vurulacaq.

Azərbaycan 2-ci Liqası. 21-ci tur

16 aprel

"Şəfa" - "Kür-Araz"

Hakimlər: Murad Səlimov, Orxan İbişov, Ruslan Babayev, Alik Yunusov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

Binə qəsəbə stadionu, 16:00.

"Ağdaş" - Cəbrayıl"

Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Nəsibov, Vüqar Alıyev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Ağdaş şəhər stadionu, 16:30.