"Zirə"nin Avropa Konfrans Liqasında rəqibi müəyyənləşdi

"Zirə"nin Avropa Konfrans Liqasında rəqibi müəyyənləşdi

UEFA Avropa Liqasında mübarizəni dayandıran "Zirə"nin Avropa Konfrans Liqasında rəqibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 1-ci təsnifat mərhələsində Moldovanın "Şerif" kollektivinə məğlub olan "qartallar" qitənin 3-cü nüfuzlu klub yarışının 2-ci təsnifat mərəhləsində Slovakiya təmsilçisi "DAK 1904" komandası ilə qarşılaşacaq.

Rəşad Sadıqovun baş məşqçisi olduğu təmsilçimiz ilk görüşünü iyulun 25-də Bakıda keçirəcək.

Cavab oyunu bir həftə sonra səfərdə olacaq.