AFFA prezidenti Rövşən Nəcəf Fernandu Santuşla görüşüb
AFFA-nın prezidenti Rövşən Nəcəf Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşla görüşüb.
Mediasport.az xəbər verir ki, görüşdə milli komandanın qarşısına qoyulan hədəflər, güclü və rəqabətədavamlı komandanın formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.
Azərbaycan futbolunun inkişafına dair gələcək planlar, o cümlədən uşaq futbolunun inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.