Xorvatlar yenə Mahir Emrelidən yazdılar: "Fantastik formadadır"
"Ardıcıl dördüncü matçda Almaniyada qol vuran "Dinamo"nun (Zaqreb) keçmiş hücumçusu Mahir Emreli fantastik formadadır".
Mediasport.az xəbər verir ki, bu fikirlər Xorvatiya mətbuatına məxsusdur.
Yerli "Sportske novosti" nəşri 27 yaşlı hücumçunun "Nürnberq"dəki çıxışlarına toxunub.
Yazıda Mahirin Almaniya 2-ci Bundesliqasında və kubok matçında vurduğu qollardan bəhs edilib:
"O, ikinci Bundesliqanın 11-ci turunun "Hamburq"la matçında da (1:1) qol vurmağı bacardı. Emreli bu qolla ardıcıl dördüncü oyunda qol vuraraq əla çıxışını davam etdirdi. Mahir buna qədər ölkə kubokunda "Hoffenhaym"la görüşdə, həmçinin "Yan Regensburq" və "Qröyter"lə liqa oyunlarında da qol vurmuşdu".