"Zirə"nin bir oyunu təxirə salındı, digər matçının yeri dəyişdirildi
Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunda keçirilməsi planlaşdırılan "Zirə" - "Araz-Naxçıvan" oyunu təxirə salınıb.
Mediasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
"Qartallar" UEFA Konfrans Liqasının pley-off mərhələsində Kiprin "Omoniya" kollektivi ilə matça yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə müraciət edib. Naxçıvan klubu da buna razı olub.
Bundan əlavə, IV turda baş tutmalı “Şamaxı” - “Zirə” matçı ilə XII turun “Zirə” - “Şamaxı” oyununun yerləri dəyişdirilib.