Türkiyə ilə qarşılaşacaq milli komandamızın heyəti açıqlandı

Türkiyə ilə qarşılaşacaq milli komandamızın heyəti açıqlandı

İyunun 1-dən 20-dək Bakıda çimərlik futbolu üzrə Azərbaycan milli komandasının toplanışı olacaq.

mediasport.az xəbər verir ki, yığma iyunun 1-də və 3-də Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Hər iki qarşılaşma Su İdman Sarayının çimərlik meydançasında olacaq. Matçlar saat 17:30-da start götürəcək.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısı:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, Bayram Paşazadə, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Tural Qürbətov, Emil Həsənzadə, Kamran Qürbətov

Bildirək ki, 2-9 iyul tarixlərində Bakıda çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə oyunları baş tutacaq.