"Atalanta"da oynayan müdafiəçi Azərbaycana gələ bilməyib
Sabah AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinin qonağı olacaq İsveç yığması paytaxtımıza itkilərlə gəlib.
Mediasport.az xəbər verir ki, skandinaviyalıların heyətində hücumçu Antoni Elanqa ("Nottingem Forest", İngiltərə), müdafiəçilər Emil Holm ("Atalanta", İngiltərə, icarə) və Lüdviq Avqustinsson ("Anderlext", Belçika, icarə) zədə səbəbindən Azərbaycana yollanmayıb.
Baş məşqçi Yanne Andersson onların əvəzinə heyətə iki nəfər - "Elfsborq"dan Niklas Hult və İtaliyanın "Verona" klubundan İsak Hini dəvət edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç matçı saat 21:00-da start götürəcək.