DÇ Almaniyada keçiriləcək
Şahmatın rapid növü üzrə Dünya çempionatının keçiriləcəyi yer müəyyənləşib.
mediasport.az xəbər verir ki, yarış avqustun 26-28-də Almaniyanın Düsseldorf şəhərində təşkil ediləcək.
Komandalarda 6 qrossmeyster (1 qadın, ELO xalı 2000-dən az olan bir oyunçu) və 3 ehtiyat oyunçu yer alacaq. Ümumilikdə 12 tur oynanılacaq. Dünya çempionatının mükafat fondu 250 min avro təşkil edəcək.