Nicat Abasov 2023-cü ilə damğa vuran şahmatçılardan biridir
Beynəlxalq Şahmat Federasiyası (FİDE) ötən ilin ən yaddaqalan şahmatçılarını elan edib.
Mediasport.az xəbər verir ki, 2023-cü ilə damğasını vuranlar arasında azərbaycanlı qrossmeyster Nicat Abasov da yer alıb.
Qeyd edilib ki, Abasov Bakıda keçirilən Dünya Kubokunda yarımfinaladək yüksəlib və yalnız burada titullu Maqnus Karlsenə uduzub.
O, üçüncü yer uğrunda görüşdə Fabiano Karuana qalib gələ bilməyib.
Lakin Karlsenin İddiaçılar Turnirində iştirakdan imtinası Abasova performansını bir daha göstərmək şansı yaradıb.