"İnter Mayami" çempion oldu, Messi 46-cı titulunu qazandı
"İnter Mayami" ABŞ-nin MLS Liqasının çempionu olub.
Mediasport.az xəbər verir ki, argentinalı əfsanəvi futbolçu Lionel Messinin formasını geyindiyi klub mövsümün bitməsinə iki tur qalmış birinciliyi bayram edib.
37 yaşlı dünya çempionunun komandası səfərdə "Kolumbus Kryu"nu 3:2 hesabı ilə məğlub edib.
Messi dubla imza atıb, digər qolu Uruqvay milli komandasının sabiq üzvü Luis Suares vurub.
Bu, cənubi amerikalının karyerasında 46-cı titulu olub.