Kamal Umudlu "Şaxtyor"un "Yanq Boyz"la qarşılaşmasına təyinat aldı
Azərbaycanlı FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 4-cü turu çərçivəsində keçiriləcək "Şaxtyor" (Donetsk, Ukrayna) - "Yanq Boyz" (İsveçrə) oyununun baş hakimi olacaq.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Patrik Şvengers yerinə yetirəcək.
Noyabrın 6-da Helzenkirxen şəhərində yerləşən "Parkstadion"da keçiriləcək görüş Bakı vaxtı ilə 15:00-da başlanacaq.