2 boksçumuz bürünc medalı təmin etdi, 2-si uduzdu - Avropa Oyunları
Azərbaycan boksçuları Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşlərini başa vurublar.
MediaSport.az xəbər verir ki, 2 boksçumuz yarımfinala çıxıb, 2-si mübarizəni dayandırıb.
80 kq çəki dərəcəsində çıxış edən Murad Allahverdiyev 1/4 finalda ermənistanlı Hambardzum Hakobyanla üz-üzə gəlib. 21 yaşlı idmançımız rəqibinə heç bir şans verməyərək qalib gəlib və azı Avropa Oyunlarının bürünc medalını qarantiləyib - 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27).
+92 kq-da yarışan Məhəmməd Abdullayev 1/4 finalda Yunanısıtan təmsilçisi Stilianos Pouliasla (Yunanıstan) qarşılaşıb.
Döyüş idmançızımın inamlı qələbəsi ilə yekunlaşıb - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27).
Abdullayev yarımfinala çıxmaqla azı bürünc medalı təmin edib.
71 kq-da mübarizə aparan Sərxan Əliyev 1/4 finalda gərgin keçən döyüşün yekununda fransalı Makan-Vie Traoreyə məğlub olub - 2:3 (28:29, 30:27, 30:27, 29:28, 27:30).
57 kq-dakı təmsilçimiz Məhsəti Həmzəyeva-Ağamalıyeva da mübarizəni 1/4 finalda dayandırıb. İdmançımız sonadək mübarizə apardığı döyüşdə Fransa boksçusu Anna Zidaniyə məğlub olub - 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30).
Yarımfinal döyüşləri sabah keçiriləcək.