"Zirə"də "təmizləmə əməliyyatı" başlandı: 2 futbolçu yola salındı
Mövsümü uğursuz başa vuran “Zirə” 2 futbolçusu ilə yollarını ayırıb.
mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisinin üzvləri - Loris Bronyo və Coşqun Diniyev bununla bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər.
Belçikalı vinger “Azərbaycandakı iki il üçün təşəkkürlər. İndi isə yeni macəra vaxtıdır” – paylaşımı ilə vida mesajı yazıb.
Atası Şahin Diniyevin baş məşqçisi olduğu "Səbail"ə keçəcəyi gözlənilən Coşqun isə paylaşımı belə olub: “Gözəl keçən iki ilin ardından ayrılıq vaxtı gəldi. Burada çox yaxşı dostlar qazandım, hamınıza uğurlar”.
Bildirək ki, Rəşad Sadıqovun çalışdırdığı "Zirə" 50 xalla mövsümü 5-ci pillədə bitirib.