"Qarabağ" - "Olimpiya" oyunu azarkeş sayına görə 2-ci yeri tutdu

"Qarabağ" - "Olimpiya" oyunu azarkeş sayına görə 2-ci yeri tutdu

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

Mediasport.az xəbər verir ki, "Qarabağ" və "Olimpiya" arasında Bakıda baş tutan görüş bu göstəricidə ikincidir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 27 354 azarkeş izləyib.

Ən çox tamaşaçı sayı isə  (50 900 nəfər)  "Ayaks" (Niderland) - “Ludoqorets” (Bolqarıstan) görüşündə qeydə alınıb.