UEFA-nın dəstəyi ilə 3 gün keçirilən "D" kateqoriyalı kurslar yekunlaşdı
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən "D" kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
Mediasport.az xəbər verir ki, Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən kurs ümumilikdə 3 gün davam edib.
Son gündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim edilib.
Lisenziyaları Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə təqdim ediblər.