4-qat dünya çempionu: "Avropa çempionatında iştirak etməyəcəm"

4-qat dünya çempionu: "Avropa çempionatında iştirak etməyəcəm"

Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli Ümumdünya Güləş Birliyinin rəsmi saytın açıqlama verib.

Mediasport.az xəbər verir ki, dünən 4-cü dəfə dünya çempionu olan idmançı qələbəsi barədə bunları deyib:

"Poya Marza ilə bir-birimizi yaxşı tanıdığımız üçün çətin görüş keçdi. Buna qədər onu 4 dəfə məğlub etdiyim üçün bu dəfə bir qədər ağır qələbə qazandım".

32 yaşlı pəhləvan 5-ci dəfə bu titula yiyələnmək istədiyini söyləyib:

"Gələcəyin necə olacağını bilmirəm, amma dünya çempionatının 5-ci qızıl medalını da qazanmaq istəyərdim. Gələn il Avropa çempionatında iştirak etməyəcəm. Amma çalışacam ki, 5-ci dəfə dünya çempionu olaraq karyeramı bitirəm".