Millimizin üzvü əməliyyat olundu
"Araz-Naxçıvan"ın kapitanı və Azərbaycan milli komandasının üzvü Vadim Abdullayev cərrahiyyə əməliyyatı olunub.
Mediasport.az xəbər verir ki, menisk əməliyyatı keçirən futbolçunun vəziyyəti hazırda yaxşıdır.
Sabah xəstəxananı tərk edəcək yarımmüdafiəçi müalicəsini evdə davam etdirəcək.
Onun 15-18 gündən sonra məşqlərə başlayacağı gözlənilir.