Güləşçimiz Türkiyədə finla vəsiqə qazandı - Dünya çempionatı
Azərbaycanın 5 yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində start götürən U-17 dünya çempionatında mübarizəyə başlayıb.
MediaSport.az xəbər verir ki, onlardan yalnız 65 kq çəki dərəcəsində çıxış edən Yusif Əhmədli finala yüksələ bilib.
İdmançımız həlledici görüşdə onun rəqibi Zaur Beslekoyev (AİN) olacaq.
48 kq-da çıxış edən Elnar Ziyadov və 80 kq-da mübarizə aparan Elmin Əliyev isə bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaqlar. Onlar müvafiq olaraq, Maksim Bradyak (AİN) / Haruka Şiina (Yaponiya) cütünün qalibi və Erik Matevosyan (Ermənistan) ilə qarşılaşacaqlar.
Qeyd edək ki, dünya çempionatı avqustun 6-dək davam edəcək.