DÇ-2023: Yarışın ilk günü 5 güləşçimiz uğursuzluğa düçar olub
Albaniyanın paytaxtı Tiranada U-23 dünya çempionatı start götürüb.
Mediasport.az xəbər verir ki, Azərbaycanın 5 güləşçisi tatami üzərinə çıxıb.
Bu gün sərbəst güləş üzrə millinin 5 üzvü mübarizə aparıb.
61 kq-da Ceyhun Allahverdiyev türkiyəli Emre Kurala 4:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda qırğızıstanlı Tairbek Jumasbekə məğlub olub - 5:8.
74 kq-da Cəbrayıl Qadjiyev 1/8 finalda hindistanlı Navin Navinə uduzub – 3:5.
86 kq-da Arseni Djioyev debütdə ermənistanlı Muşeq Mkrtçyana heç bir şans tanımayıb – 10:0. Ancaq 1/4 finalda rusiyalı Arslan Baqayevlə bacarmayıb – 0:6.
92 kq-da Abdulcəlil Şabanov startda Şimali Makedoniya təmsilçisi Recep Haydaridən güclü olub – 4:1. Həmyerlimiz 1/4 finalda moldovalı Yon Demyana məğlub olub – 2:12.
125 kq-da isə Vaxit Qalayev 1/8 finalda kanadalı Karanvir Mahili mübarizədən kənarlaşdırsa da (4:0), yarımfinal yolunda türkiyəli Adil Mısırcıya uduzub – 0:11.
Təmsilçilərimizin rəqibləri finala yüksəlsə, güləşçilərimiz sabah təsəlliverici görüşdə iştirak hüququ qazanacaq.