"Bu komandanı Rəşad Sadıqova görə tanıyırdım" - Ramil Şeydayev
Türkiyənin "Kocaelispor" klubunun futbolçusu Ramil Şeydayev təqdimat mərasimində fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü 1-ci Liqa təmsilçisini "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova görə tanıdığını deyib:
"Transfer danışığı uzun çəkdi, amma bu komandaya keçdiyim üçün xoşbəxtəm. Uğurlu mövsüm keçirmək istəyirəm. Türkiyədə və "Kocaelispor"da olmaq, burada oynamaq məni həyəcanlandırır. Transferimdə əməyi keçən hər kəsə təşəkkür edirəm. "Kocaelispor"u Rəşad Sadıqova görə tanıyırdım. Mövsümün sonunda birlikdə sevinəcəyik".
Xatırladaq ki, Tailandın "Buriram Yunayted" klubundan ayrılan Şeydayev "Kocaelispor"la 1,5 illik müqavilə bağlayıb.