Rumıniyalı məşqçi Anım Günü ilə bağlı paylaşım edib - FOTO
"Neftçi"nin baş məşqçisi Adrian Mutu 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.
Mediasport.az xəbər verir ki, rumıniyalı mütəxəssis rəsmi "feysbuk" və "instaqram" hesablarında üzərində Azərbaycan bayrağı və Xarı bülbül simvolunun əksi olan şəkil paylaşaraq, "Azərbaycan uğrunda döyüşən şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" sözlərini yazıb.
Qeyd edək ki, Rumıniya futbolunun əfsanələrindən olan Mutunun "feysbuk"da 514 min, "instaqram"da isə 234 min izləyicisi var.