Azərbaycan 2-ci Liqasının iki klubuna texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsi yeni start götürən futbol üzrə Azərbaycan 2-ci Liqası təmsilçiləri “Hypers Quba” və "Şəki Siti" klublarına 0:3 hesablı texniki məğlubiyyət verib.
Mediasport.az xəbər verir ki, hər iki kollektiv I turun matçında protokolda adı olmayan futbolçunun meydana buraxıb.
“Hypers Quba” “Saatlı-Araz”la görüşdə Hakan Həsənovun, “Şəki Siti" isə “Şəmkir”lə matçda Ramin Məmmədovun oynamasına şərait yaradıb.
Bölgə təmsilçiləri bu səbəbdən 400 manat cərimələniblər.
Xatırladaq ki, liqada debüt edən "Hypers Quba" 3:2 hesablı qələbə qazanmışdı, "Şəki Siti" şəmkirlilərə onsuz da 0:3 hesabı ilə uduzmuşdu.