Azərbaycan çempionatında futbolçular bir-birini yumruqlayıb
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, Region Liqasında əlbəyaxa davaya çıxan futbolçular ciddi cəzalandırılıblar.
“Balakən” – “Goranboy Qala” görüşünün 57-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ariz Teymurlu ilə qonaqların oyunçusu Xəyal Qasımov bir-birini yumruqla vurduğu üçün 4 oyunluq diskvalifikasiya ediliblər.
Bundan başqa, AFFA U-13 Liqasının EFA ilə görüşündə hakimi təhqir edən “Xəzər Bakı” komandasının baş məşqçisi Cəlal Həsənli 3 oyunluq cəza ilə üzləşib.