"Qarabağ"ı ÇL-dən kənarlaşdıran baş məşqçi istefaya göndərildi

 "Qarabağ"ı ÇL-dən kənarlaşdıran baş məşqçi istefaya göndərildi

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası baş məşqçisi Sergey Yakiroviçi istefaya göndərib.

Mediasport.az xəbər verir ki, 48 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

Buna Zaqreb təmsilçisinin ölkə çempionatında “Hayduk”a 0:1 və UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Almaniyada “Bavariya”ya 2:9 hesablı məğlubiyyətlər səbəb olub.

Yakiroviç komandaya 2023-cü ilin yayından rəhbərlik edirdi.

Xatırladaq ki, “Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (5:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.