"Estoniya ilə oyunda qələbə qazana bilərdik, imkanlar oldu, amma..."

"Estoniya ilə oyunda qələbə qazana bilərdik, imkanlar oldu, amma..."

Azərbaycan milli komandasının üzvü Elvin Cəfərquliyev UEFA Millətlər Liqasının 4-cü turunun Slovakiya ilə oyunundan öncə mətbuat konfransında iştirak edib.

Mediasport.az xəbər verir ki, o, Bakıda keçiriləcək qarşılaşmaya çox ciddi hazırlaşdıqlarını deyib:

"Qələbə qazanmağa çalışacağıq. Ötən məğlubiyyəti unutdurub, azarkeşlərimizi sevindirməyə çalışacayıq.

Fərdi olaraq səhvlərimiz oldu, xüsusilə də müdafiə xəttində. Bunları təkrarlamamağa çalışacağıq.

Estoniya ilə oyunda da qələbə qazana bilərdik, imkanlarımız oldu, amma yararlana bilmədik. Yaxşı futbolçularımız var.

Ümid edirəm, komanda şəklində də yaxşı oyun göstərə biləcəyik. 3 gündən bir oynamaq xoşuma gəlir. Çünki tempi qoruyub saxlaya bilirsən".

Matç sabah saat 20:00-da başlanacaq.