"Sabah"ın məşhur müdafiəçisi: "Bəzi şeyləri dəyişdirmək zamanıdır"

"Sabah"ın məşhur müdafiəçisi: "Bəzi şeyləri dəyişdirmək zamanıdır"

"Sabah"ın müdafiəçisi Abdulaye Ba sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

mediasport.az xəbər verir ki, 31 yaşlı seneqallı futbolçu nələrisə dəyişmək üçün çox çalışmaq lazım olduğunu qeyd edib.

- Bəzi şeyləri dəyişdirmək zamanıdır. Bunu çox çalışaraq, hər gün performansınızı artıraraq edə bilərsiniz.

Mərkəz müdafiəçisi “Portu”, “Fənərbağça”, “Rayo Valyekano”, “Deportivo” kimi klublarda oynayıb. Azərbaycana yayda Portuqaliyanın “Aruka” klubundan gəlib.