AFFA-da fitnes məşqçiləri üçün UEFA-nın B kursu başlandı

 AFFA-da fitnes məşqçiləri üçün UEFA-nın B kursu başlandı

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun birinci mərhələsi başlanıb.

Mediasport.az xəbər verir ki, məşğələlərə AFFA Təhsil Proqramının rəhbəri Aslan Kərimov və UEFA təlimatçısı Fritz Şmid rəhbərlik edirlər.

Kursun açılışında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də iştirak edib.