AFFA internat uşaqlarını, şəhid və qazi övladlarını sevindirdi

AFFA internat uşaqlarını, şəhid və qazi övladlarını sevindirdi

AFFA-nın təşkilatçılığı ilə qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə “Kinderland” Uşaq Əyləncə Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncəli tədbir keçirilib.

mediasport.az xəbər verir ki, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, “Təmiz Dünya” Qadın və Uşaqlara Yardım İctimai Birliyi, “Birgə və Sağlam” İctimai Birliyi (Autizm Mərkəzi), 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün Sosial Xidmət Müəssisəsi və onun nəzdində yerləşən “Günərzi” Qayğı Mərkəzi, Mərdəkan qəsəbəsində yerləşən 2 saylı internat məktəbi, eləcə də şəhid və qazi övladlarının qatıldığı tədbirdə 120-dən çox uşaq müxtəlif əyləncə növlərində özlərini sınayıb, maraqlı vaxt keçirib.