"AFFA kökündən çox ciddi araşdırılmalıdı, 15-20 ildi eyni adamlardı - VİDEO
İTV-də yayımlanan "Bol İdman" verilişinin növbəti buraxılışı efirə gedib.
mediasport.az xəbər verir ki, Kənan Hakimovun budəfəki qonağı "Neftçi"nin sabiq vitse-prezidenti, Tahir Süleymanov olub.
Keçmiş FİFA hakimi AFFA İcraiyyə Komitəsinin strukturu, boş qalan icraçı-vitse prezident postu, İK-nın qərarları, milli komanda, futbolumuzun problemləri və.s. mövzusunda maraqlı fikirlər səsləndirib, federasiya rəhbərliyini debata çağırıb, AFFA-da köklü islahatların aparılmalı olduğunu deyib.