"Açıq danışsaq, "Qarabağ"ın çoxlu qol epizodları oldu" - Xorvat forvard
"Əla oyun keçdi. "Maksimir" stadionunda möhtəşəm azarkeş dəstəyi ilə bu mövsüm avrokuboklarda evdə ilk oyunumuz idi. Yaxşı nəticə qazandıq".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi "Dinamo"nun (Zaqreb) hücumçusu Marko Pyaça deyib.
3:0 hesablı qələbədə komandasının ilk qolunu vuran forvard Ağdam klubunun çox sayda aşkar qol epizodları yaratdığını bildirib:
"Bir-iki qol daha vura bilərdik. Amma açıq danışsaq, "Qarabağ"ın da çoxlu qol epizodları oldu. Birinci oyunda 3:0 hesablı qələbə bizi qane edir".
Xorvatiya millisinin üzvü cavab görüşündən öncə qarşıda keçirəcəkləri ölkə çempionatı matçına hazırlaşacaqlarını vurğulayıb:
"Cavab matçına vaxt var, onadək ölkə çempionatını düşünməliyik. Daxili yarışlar çox önəmlidir, burada uğur qazanmasaq, avrokuboklarda yer almarıq. Hər oyunda qalib gəlmək niyyətindəyik. "Qoritsa" ilə qarşılaşmadan sonra Azərbaycana yollanacağıq".
Xatırladaq ki, "Qarabağ" - "Dinamo" dueli avqustun 28-i, 20:45-də Bakıda baş tutacaq.