AFFA-nın rəhbərliyi UEFA-nın Fransadakı tədbirində iştirak etdi

AFFA-nın rəhbərliyi UEFA-nın Fransadakı tədbirində iştirak etdi

Fransanın Kann şəhərində UEFA tərəfindən milli assosiasiyaların rəhbərlərinin iştirakı ilə TEP proqramı çərçivəsində toplantı keçirilib.

Mediasport.az xəbər verir ki, tədbirdə AFFA prezidenti Rövşən Nəcəf və icraçı vitse-prezident Sərxan Hacıyev iştirak ediblər.

Toplantı çərçivəsində AFFA rəhbərliyi müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, futbolun inkişafına dair tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.