AFFA rəsmisi Berlində UEFA-nın 14-cü konfransında iştirak etdi

AFFA rəsmisi Berlində UEFA-nın 14-cü konfransında iştirak etdi

Almaniyanın paytaxtı Berlində milli komandaların məşqçiləri və texniki direktorlarının iştirakı ilə UEFA-nın 14-cü Konfransı keçirilib.

Mediasport.az xəbər verir ki, tədbirdə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə də iştirak edib.

Konfransda bu il Almaniyada keçirilən Avropa çempionatının texniki analizi aparılıb, gənc futbolçuların əsas milli komandalara yüksəlmək üçün inkişaf yolu müzakirə olunub.

Təhsil və İnkişaf Strategiyası mövzusunda "work shop" keçirilib.