AFFA rəsmisinə növbəti təyinat

  AFFA rəsmisinə növbəti təyinat

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan - İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisidə yerləşən "Mixail Mesxi 2" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.