Azərbaycan gimnastları İtaliya turnirində 13 medal qazanıblar

Azərbaycan gimnastları İtaliya turnirində 13 medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan yığması İtaliyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

Mediasport.az xəbər verir ki, Olimpiya Ehtiyatları Gimnastika Məktəbini təmsil edən idmançılar Parmada təşkil olunan yarışda 13 medal qazanıblar.

Komandamız turnirdə müxtəlif yaş qruplarında ümumilikdə 5 qızıl, 6 gümüş və 2 bürünc medal əldə edib.

Ənənəvi turnir sayca 16-cı dəfə keçirilib.