Ağırlıqqaldıranlar üçün antidopinq maarifləndirmə seminarı keçirilib

Ağırlıqqaldıranlar üçün antidopinq maarifləndirmə seminarı keçirilib

Azərbaycan Ağırlıqqaldırma Federasiyası üçün antidopinq maarifləndirmə seminarı təşkil edilib.

Mediasport.az xəbər verir ki, iştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan olunmuş siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və yarışdan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, Terapevtik İstifadə üçün İstisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib.

Əvvəlcə sorğuda iştirak edən idmançılar maarifləndirmə seminarından sonra da öz biliklərini yoxlayıblar.