AVRO-2024: Daha iki milli final mərhələsinə vəsiqə qazana bilər

AVRO-2024: Daha iki milli final mərhələsinə vəsiqə qazana bilər

Bu gün AVRO-2024-ün seçmə qrup mərhələsində 8-ci turun görüşləri davam etdiriləcək.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qrupda 7 oyun keçiriləcək.

Avstriya yığması Bakıda qələbə qazansa, final mərhələsinə vəsiqəni təmin etmiş olacaq.

B qrupunda isə Yunanıstan doğma arenada Niderlandı böyük hesabla (minimum 4 top fərqi ilə) məğlub etməlidir ki, AÇ-2024-ə bilet sifariş etsin.


AVRO-2024. Seçmə qrup mərhələsi. 8-ci tur


B qrupu

22:45 Yunanıstan – Niderland

22:45 Cəbəllütariq – İrlandiya

Turnir cədvəli: Fransa – 18 xal (6 oyun), Yunanıstan – 12 xal (6), Niderland – 9 xal (5), İrlandiya – 3 xal (6), Cəbəllütariq – 0 xal (5)


F qrupu

20:00 Azərbaycan – Avstriya

22:45 Belçika – İsveç

Turnir cədvəli: Belçika – 16 xal (6), Avstriya – 13 xal (6), İsveç – 6 xal (5), Azərbaycan – 4 xal (5), Estoniya – 1 xal (6)


J qrupu

22:45 Bosniya və Herseqovina – Portuqaliya

22:45 Lüksemburq – Slokaviya

22:45 İslandiya – Lixtenşteyn

Turnir cədvəli: Portuqaliya – 21 xal (7), Slovakiya – 13 xal (7), Lüksemburq – 11 xal (7), Bosniya və Herseqovina – 9 xal (7), İslandiya – 7 xal (7), Lixtenşteyn – 0 xal (7)