Aleks de Souza Azərbaycan klubunda - Bir futbolçu getdi
Qış hazırlıqlarını davam etdirən "Turan Tovuz" heyətə əl gəzdirməyi də unutmur.
Mediasport.az saytına verilən məlumata görə, hazırda Türkiyənin Antalya bölgəsində olan Ayxan Abbasovun komandası bir futbolçusu ilə vidalaşıb, heyətinə bir legioner qatıb.
Qərb təmsilçisinin cinah müdafiəçisi Sərtan Taşqın karyerasını Türkiyə 1-ci Liqasında davam etdirəcək. 27 yaşlı futbolçu "Manisa" ilə razılaşma əldə edib.
Premyer Liqada mövsümü orta sıralarda tamamlamağı planlaşdıran tovuzluların yeni transferi isə braziliyalı Aleks Aparesido de Souza Alkantaradır.
Qısa olaraq Aleks Souza adlandırılan "sambaçı"nın 23 yaşı var və hücumameylli yarımmüdafiəçi, vinger mövqelərində oynayır.
Onunla 2.5 illik müqavilə razılaşdırılıb.
"Santos"un yetirməsi Litvada "Hegelmann" və Türkiyədə "Boluspor"un formasını geyinib.