"Qarabağ"lının yığması ilk oyununa çıxır - Afrika Millətlər Kuboku
Afrika Millətlər Kuboku turnirinin final mərhələsinin oyunları davam edir.
Mediasport.az xəbər verir ki, yarışın açılış matçında turnirə ev sahibliyi edən Fil Dişi Sahili Qvineya-Bissaunu 2 cavabsız qolla məğlub edib.
Bu gün isə A qrupundan 1, B qrupundan isə 2 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.
"Qarabağ"ın futbolçusu Patrik Andradenin də formasını geyindiyi Kabo Verde milli komandası turnir çərçivəsində ilk qarşılaşmasını Qanaya qarşı keçirəcək.
Afrika Millətlər Kuboku
A qrupu
18:00 Nigeriya - Ekvatorial Qvineya
B qrupu
21:00 Misir - Mozambik
00:00 Qana - Kabo Verde