Xanım Hüseynova Bakı Qran-prisində gümüş medal qazanıb

Xanım Hüseynova Bakı Qran-prisində gümüş medal qazanıb

Azərbaycanın daha bir para-cüdoçusu Xanım Hüseynova Bakıda keçirilən İBSA Qran-prisində medal qazanıb.

Mediasport.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı gümüş mükafata sahib çıxıb.

Qeyd edək ki, ötən gün Şəhanə Hacıyeva (48 kq) bürünc medal əldə etmişdi.