Bakıda keçiriləcək "Böyük Dəbilqə" yarışının posteri təqdim edilib

Bakıda keçiriləcək "Böyük Dəbilqə" yarışının posteri təqdim edilib

Azərbaycan Cüdo Federasiyası (ACF) bu il Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinin rəsmi posterini təqdim edib.

Mediasport.az xəbər verir ki, yarışda 60-dan çox ölkədən 400-dən artıq idmançının iştirakı gözlənilir.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 16-18-də Milli Gimnastika Arenasında keçiriləcək.

Turnirə biletləri "iticket.az" saytından əldə etmək mümkündür.