Cüdoçuların fiaskosu davam edir
Bu gün Azərbaycanın daha üç cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
MediaSport.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov 1/16 final mərhələsində Freddi Vayzeneggerə (Fransa) qalib gəlsə də, növbəti raundda ukraynalı Boqdan İadova uduzub.
Eyni çəkidə yarışan Yaşar Nəcəfov 1/32 finalda Miad Nosratini (Qaçqın komandası) mübarizədən kənarlaşdırıb, lakin Adrian Çinarro (İspaniya) ilə bacarmayıb. Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/32 finalda Binta Ndiayeyə (İsveçrə) uduzub.
Ölkəmiz DÇ-də 11 cüdoçu ilə təmsil olunur. İlk yarış günündə Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) da medalçılar sırasına düşə bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.