Andrey Lunyov yığmada - RƏSMİ
"Qarabağ"ın qapıçısı Andrey Lunyov yenidən Rusiya millisinə dəvət alıb.
Mediasport.az xəbər verir ki, yığmanın baş məşqçisi Valeri Karpin komandanın mart toplanışına 32 yaşlı qolkiperin də adını daxil edib.
Rusiya millisi toplanışın ardından - martın 21-də Serbiya, martın 25-də isə Paraqvayla yoldaşlıq görüşləri keçirəcək.
Karpin yığmaya daha 3 qapıçı çağırıb.
Qeyd edək ki, Lunyov millidə sonuncu dəfə meydana 2018-ci ildə çıxıb, DÇ-2022-nin seçmə mərhələ oyunlarına çağırılsa da, şans qazanmayıb.
Qapıçılar: Matvey Safonov ("Krasnodar"), Andrey Lunyov ("Qarabağ"), İlya Lantratov ("Lokomotiv", Moskva), Aleksandr Maksimenko (Spartak", Moskva);
Müdafiəçilər: Vyaçeslav Karavaev ("Zenit"), Daniil Xluseviç ("Spartak", M.), İqor Diveev (ÇSKA), Dmitri Skolinçev ("Dinamo" M.), Aleksandr Silyanov, Yevvgeni Morozov (hər ikisi "Lokomotiv" M.), Sergey Volkov ("Krasnodar"), Arsen Adamov ("Orenburq"), Dmitri Çistyakov ("Soçi"), Maksim Osipenko ("Rostov"), Aleksandr Soldatenkov, Yuri Qorşukov (hər ikisi "Krılya Sovetov), Yevgeni Xarin ("Axmat");
Yarımmüdafiəçilər: Aleksandr Qolovin ("Monako"), Aleksey Mirançuk ("Atalanta"), Arsen Zaxaryan ("Real Sosyedad"), Daler Kuzyaev ("Havr"), Dmitri Barinov, Anton Mirançuk, Sergey Pinyaev, Maksim Qluşenkov, Artyom Karpukas (hamısı "Lokomotiv" M.), Danil Pruçev, Anton Zinkovski (hər ikisi "Spartak" M.), Andrey Mostovoy ("Zenit"), İvan Oblyakov (ÇSKA), Daniil Fomin ("Dinamo" M.), Aleksandr Çernikov, Nikita Krivçov (hər ikisi "Krasnodar"), Danil Qlebov (Rostov");
Hücumçuar: Fyodr Çalov (ÇSKA), Aleksandr Sobolev ("Spartak" M.), Konstantin Tyukavin ("Dinamo" M.), İvan Sergeyev ("Zenit").