"Neftçi" ilə Azərbaycan çempionu olmuş futbolçu "Xankəndi"yə keçdi

"Neftçi" ilə Azərbaycan çempionu olmuş futbolçu "Xankəndi"yə keçdi

"Xankəndi" klubu minifutbol üzrə Azərbaycan millisinin daha bir üzvü Valeh Qəhrəmanlını transfer edib.

Mediasport.az xəbər verir ki, o, "Bakı", "Neftçi" kimi klublarda oynayıb və "ağ-qaralar"ın əvəzedicilər heyətində ölkə çempionu adını qazanıb.

22 yaşlı yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Zaqatala" və "Difai" klublarında da forma geyinib.

Valeh Qəhrəmanlı 15-19 yaş arası bütün Azərbaycan yığmalarının şərəfini qoruyub.

Qarabağ klubu indiyədək qapıçı Kamil Nəzərli, müdafiəçi Yusif Rufullazadə, yarımmüdafiəçilər Pərviz Qaraxanov, Məhəmməd Alıyev, Ruzigar İbrahimzadə və müdafiəçi Əziz Hüseynovla güclənib.

Xatırladaq ki, komanda AFFA Region Liqasında yarışacaq.